|
|
Ön səhifə »
Şəban ayının fəziləti və əməlləri.
Bil ki, Şəban çox şərafətli bir aydır və həzrəti seyydul ənbiya Muhəmmədə
mənsubdur. O həzrət bu ayı oruc tutar və orucla Ramazan ayına keçər və
buyurardı: “Şəban mənim ayımdır. Hər kəs mənim ayımın bir gününü oruc tutsa
behişt ona vacib olar.” İmam Sadiq(ə) dan rəvayət olunur ki, Şəban ayı daxil
olan zaman imam Zeynəlabidin (ə) öz köməkçilərini bir yerə yığıb buyururdu: Ey
mənim səhabələrim! Bilirsinizmi bu nə aydır?! Bu Şəban ayıdır və həzrət
Peyğəmbər buyurardı: Şəban mənim ayımdır, bu ayda öz peyğəmbərinizə məhəbbət
bəsləmək üçün oruc tutun, Allah dərgahına yaxınlaşmaq üçün oruc tutun. Əli ibn
Hüseynin canı əlində olan Allaha anda olsun atam Hüseyn ibn Əlinin belə
buyurduğunu eşitdim ki, Əli (ə) buyurarmış: hər kəs Şəban ayını Allahın
peyğəmbərinə məhəbbət və Allah dərgahına yaxınlaşmaq məqsədi ilə oruc tutsa
Allah onu sevər, onu öz kəramətinə qiyamətdə öz kəramətinə yaxınlaşdırar və
behişti ona vacib edər. Şeyx rəvayət etmişdir ki, Səfvan Cəmmal imam Sadiq (ə)
ın belə buyurduğunu nəql edir: Sənin nahiyəndə və ətrafında olanları Şəban
ayında oruc tutmağa vadar et. Dedim sənə fəda olum onun fəzilətində bir şey
görürsənmi? Həzrət buyurdu bəli həqiqətən Allahın rəsulu hər vaxt Şəban ayının
hilalını görsəydi bir münadiyə əmr edərdi. Mədinədə çağırıb desin ey əhli
Mədinə! Mən Allah peyğəmbərinin tərəfindən sizə göndərilmiş bir adamam həzrət
buyurur: agah olun həqiqətən Şəban mənim ayımdır Allah o kəsə rəhmət etsin ki,
mənə bu aya qarşı kömək etsin yəni o ayı oruc tutsun. Sonra imam Sadiq (ə)
buyurur ki, Əli (ə) belə buyurarmış: Peyğəmbərin nidaçısının Şəban ayında nida
etdiyini eşitdiyim bir dövrdən Şəban ayının orucu məndən fövtə getməmişdir. Və
heç vaxtda həyatda olduğum vaxta qədər fövtə getməyəcəkdir, inşaəllah. Sonra
buyurardı ki, Şəban və Ramazan ayları kimi iki ayın orucu tövbə və Allahdan
məğfirət diləmək ayıdır. İsmayıl ibn Əbdül Xaliq rəvayət edərək deyir ki, həzrət
Sadiq (ə) ın yanında idim, Şəban ayının orucu barəsində söhbət düşdükdə həzrət
buyurdu: Şəban ayının orucunun fəzilətində filan-filan şeylər vardır, hətta bir
nəfər haram qanı axıtmağa mürtəkib olsa sonra Şəban ayında oruc tutsa bu oruc
ona fayda verər və günahı bağışlanar.
Bil və agah ol ki, bu şərif ayın əməlləri iki qisimdir: hər gündə müştərək olan
əməllər, müəyyən günlərə məxsus olan əməllər. Müştərək əməllər bir neçədir.
Birincisi hər gün yetmiş dəfə «Əstəğfirullahə və əsəluhu tövbə» demək. ikincisi
hər gün yetmiş dəfə bu zikri demək:”Əstəğfirullahəlləzi la ilahə illa
huvər-rəhmanirrəhim əl-həyyul qəyyum bvə ətubu iləyh.” Bəzi rəvayətlərdə «Əl
həyyul qəyyum» kəlməsi «ər-rəmanur-rəhim» kəlməsindən qabaq gəlmişdir. Hər
ikisinə əməl etmək yaxşıdır. Rəvayətlərdən məlum olur ki, bu ayda ən yaxşı dua
və zikr istiğfar etmək(əstəğfirullah deyib tövbə etmək)dir. Hər kim bu ayda hər
gün yetmiş dəfə istiqfar etsə digər aylarda yetmiş min dəfə istiğfar etməyə
bərabərdir. Üçüncüsü bu ayda bir xurmanın yarısı qədər də olsa sədəqə versin. Ta
Allah təala onun bədənini cəhənnəm atəşinə haram edər. Həzrət Sadiqdən(ə) belə
nəql olunmuşdur ki, o cənabdan rəcəb ayının orucu barədə soruşdular. O, dedi:
niyə Şəban ayının orucundan ğafilsiniz. Ravi soruşdu: Ey peyğəmbər övladı, Şəban
ayənda bir gün oruc tutanın savabı vardır? Buyurdu: Allaha and olsun cənnət onun
savabıdır. Soruşdu: ey peyqəmbər övladı bu ayın ən yaxşı əməli nədir? Sədəqə
vermək və istiğfar etmək. Hər kəs şəban ayında istiğfar etsə Allah taala onu
tərbiyə edər sizin bir dəvə balasını tərbiyə etdiyiniz kimi. Belə ki, qiyamət
günü sahibinə uhud dağı boyda olmuş halda yetişər. Dördüncü bütün ay boyu min
dəfə desin: “ la ilahə illəllah, və la nəbudu illa iyyah. Muxlisinə ləhuddin. Və
ləv kərihəl muşrikun.” Çox savabı vardır. Məsələn nameyi əmalında min illik
ibadət yazarlar.və sair.
|