Ön səhifə
Bioqrafiya
Əsərləri
Tədrisləri
Müsahibələr
Foto albom
Xatirələr
Sual-cavab
Kitabxana
Əlaqəli saytlar
Ön səhifə » Bioqrafiya »

Ustad Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin bioqrafiyası

Ustad M.C.F. Lənkərani, böyük şiə mərcəi-təqlid həzrət Ayətullahil-uzma Fazil Lənkəraninin övladı, 1962-ci ildə müqəddəs Qum şəhərində dünyaya göz açmışdır. Ibtidai təhsilini Qumdakı Sənayi adlı məktəbdə almış və ardını Yəzd şəhərində davam etdirərək orta məktəbi bitirmişdir.

1977-ci ildə məktəb dərsləri ilə yanaşı hövzə dərslərinə başlamış - o zamanların İran İslam İnqılabı illərinə düşməsi və hövzənin rəsmi dərslərinin tətil edilməsinə baxmayaraq – ciddiyyət və çalışqanlıqla qısa bir müddətdə hövzənin ilk mərhələsini başa çatdıraraq üsul və fiqh xarıc dərslərində  iştirak etməyə nail olmuşdur. O, ixtisas və ictihadi fənlərdə öz atasının elmindən bəhrələnmiş və 7 il hüdudunda tanınmış mərcə, Həzrət Ayətullahil-uzma Vəhid Xorasaninin dərslərində iştirak etmişdir. Təfsir və fəlsəfə elmlərində Ayətullah Həsənzadə Amuli və Ayətullah Cəvadi Amuli kimi tanınmış alimlərdən dərs almış, “Şıfa” və “Əsfar” kimi önəmli kitabları oxumuşdu. O, indi 20 ildən çoxdur ki, tədris kürsüsünə əyləşmiş, çoxsaylı tələbələr onun elmi gücündən istifadə etmişlər. Dörd dəfə “Məalim”, üç dəfə “Məkasib”, dörd dəfə “Kifayətül-usul” kitablarını tədris etmiş, hal-hazırda 8 ildirki, üsul və fiqh xaric dərslərinin tədrisinə məşğuldur. Onun dərsləri elmi şəxsiyyətlər arasında məşhur olan dərslərdəndir. O, “Şeyx Ənsari”, “Müqəddəs Ərdəbili” və “İmam Xomeyni” elmi əncümənlərinə müxtəlif elmi məqalələr təqdim etmiş və onların hamısı nəşr olunmaqla yanaşı, əncümən salonunda qiraət olunmuşdur. Ustad M.C.F. Lənkərani elmi sahədə yaksək çalışqanlıqla yanaşı, şıə mərcəiyyət məqamı idarəsini, bütün çətinliklərinə baxmayaraq öz üzərinə götürmüş və Ali Fiqh Mərkəzinin rəyasət kürsüsündə çalışmaqdadır.

1988-ci ildə atası tərəfindən təsis olunmuş bu mərkəz zamanımızın tələblərinə agah olan, cavan nəslin dini-fiqhi ehtiyaclarına cavab verə bilən müctəhid və fəqihlərin yetişdirilməsini öhdəsinə götürmüşdür. Bu mərkəz bu gün önəmli elmi mərkəzlərdəndir ki, Müqəddəs Qum şəhərində böyük və tanınmış alimlərin nəzəri altında fəaliyyət göstərir. Bu mərkəzin üsul və fiqh üzrə ixtisaslaşmış kitabxanası alimlərin nəzərində bu sahədə ən zəngin kitabxanadır.